Azərbaycan “Formula-1” yarışlarına 150 milyon dollar xərcləyəcək?

"Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, amma işlər çox səliqləli şəkildə aparılır, tıxaclar yaranmır.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, "Formula 1" yarışları ilə bağlı pitstop binası artıq sifariş olunub, 300 metr uzunluğu, 21 metr eni, iki mərtəbəli bina tam hazır şəkildə gətirilərək Azadlıq meydanında qurulacaq.
A.Rəhimov bəzi mətbuat orqanlarında "Formula 1" yarışına Azərbaycanın 150 milyon dollar xərcləyəcəyi barədə fikirlərə də münasibət bildirib: "Bütün büdcəni əvvəldən axıra kimi saymaq çox ağır işdir. Bu gün tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti təxminən 30 milyona yaxındır. İş gedir və yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq. Büdcə 150 milyon dollar ola bilməz, rəqəm bundan çox aşağıdır".
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












