Azərbaycan futbolçusu sürücü işləyir

Bir vaxtlar Azərbaycan futbolunun məşhur simalarından biri olan Kamal Quliyev hazırda sürücü işləyir. Avtosfer.az futbol11.az saytına istinadən xəbər verir ki, o 18 illik futbolçu karyerası ərzində "Xəzər Sumqayıt", "Neftçi", "Volın" (Ukrayna), "Karvan", "Xəzər Lənkəran", "Standard" kimi klubların uğurları üçün çalışıb, Azərbaycan millisində 50 oyun keçirib və öz dövrünün öndəgələn futbolçularından olub. Məşqçi kimi isə "Neftçi"də eləcə də "Neftçala"da çalışıb. "Neftçala" dağıldıqdan sonra Kamal Quliyev də futboldan uzaq düşüb. Bir müddət telekanallarda ekspert kimi çıxış edib, amma son zamanlar ondan xəbər yoxdur. Sayt Kamal Quliyevin hazırda sürücü işlədiyini yazıb. Mərc oyunlarında böyük ziyana düşən Quliyevin sərvətini və əlində olan obyektlərin hər birini itirdiyi, rayonlara sərnişin daşıdığı xəbərdə öz əksini tapıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












