Azərbaycan gəmiçilik şirkəti 11 mln. dollarlıq gəmi alır

Azərbaycanın "Caspian Marine Services" MMC-nin (CMS) Almaniyanın "ER Offshore" şirkətindən hər birinin satış qiyməti təxminən 6 mln. ABŞ dolları olan "E.R.Stavanger" və "E.R.Aalesund" adlı iki ədəd platformaların təchizat gəmilərinin (PSV – Platform Supply Vessel) dəyəri şirkətə əslində ən azı 10,5 mln. dollara başa gələcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Caspian Marine Services"dən "Report"a verilən məlumatda bildirilib.
"Bir müddət əvvəl bəzi KİV-də gəmilərin dəyərinin 6 mln. dollar olduğu qeyd edilib. Amma əslində tərəflər gəmilərin alqı-satqısına dair hələlik yalnız ilkin razılığa gəliblər. Bu sövdələşmənin tam həyata keçirilməsi istiqamətində danışıqlar aparılır və bir sıra məqamların razılaşdırılmasına ehtiyac duyulur. Anlaşma əldə olunarsa, gəmilərin Xəzər dənizinə çatdırılması üçün müəyyən işlərin görülməsinə ehtiyac yaranacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gəmilər bir ildən artıq müddətdir saxlanma vəziyyətinə keçirilib və heç bir əməliyyatlara cəlb olunmayıb. Bununla əlaqədar, bütün maşın və mexanizmlər sazlanıb işlək vəziyyətə gətirilməlidir.
Şirkətdən, həmçinin əlavə edilib ki, müvafiq gəmiçilik registri tərəfindən müəyyən edilmiş gəmilərin baş mühərriklərinin icbari cari təmir vaxtı yaxınlaşmaq üzrədir: "Odur ki, registrin tələb etdiyi bütün bu kimi işlər müəyyən olunub yerinə yetirilməlidir. Həmçinin, bu tip gəmilərin Volqa-Don su kanalı vasitəsilə Xəzər dənizinə gətirilməsi və kanal boyunca nəqliyyat körpülərinin altından maneəsiz keçirilməsi üçün kapitan körpüsü və dirəklərin sökülməsi, elektrik, kommunikasiya və digər xətlərin kəsilib işarələnməsi məcburiyyəti ilə üzləşməli olacaqlar. Gəmilərin hissələrini yedək və bərələrlə Xəzər dənizinə çatdırıldıqdan sonra isə kəsilmiş və ayrılmış hissələr müvafiq qaydada birləşdirilib bərpa olunmalıdır. Göründüyü kimi, gəmiləri tam işlək vəziyyətə çardırmaq üçün bir sıra mühüm və texniki cəhətdən mürəkkəb işlər görülmədir. Bu isə həm vaxt, həm də ki xeyli maliyyə vasaiti tələb edir. Qış ayları boyunca Volqa-Don kanalı donduğu üçün gəmilərin 4 ay müddətində Türkiyədə saxlanılması gözlənilir. "CMS" gəmilərinin aşağı qiymətlə alınmasına nail olub, yuxarıda qeyd olunan işləri nəzərə aldıqda ilkin hesablamalara görə, gəmilərin hər birinin yekun dəyəri 10,5 mln. dollardan aşağı olmayacaq. Şirkət gəmilərin eyni zamanda Xəzərdən kənar sularda üzməsini də nəzərdə tutur".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










