Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb - FOTO

Azərbaycan-Gürcüstan sərhədində yerləşən Sınıq Körpü keçid məntəqəsində iritonnajlı maşınların sıxlığı yaranıb. "Report"un məlumatına görə, yük maşınlarının sürücüləri sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar. Sürücülərin sözlərinə görə, əsas problem yanacaq daşıyan maşınların tıxacda qalmasıdır. Onlar bildirir ki, bu nəqliyyat vasitələrinin uzun müddət məntəqədə dayanması çox təhlükəlidir. Buraxılış məntəqəsinin piyada keçid xəttində isə vəziyyət normaldır. Sərhədi piyada keçmək istəyənlər heç bir çətinlik yaşamırlar. Sınıq Körpü sərhəd-buraxılış məntəqəsindən bildiriblər ki, son günlər gediş-gəliş zamanı sıxlıq müşahidə olunmur. Azərbaycana gələn və Gürcüstana keçmək istəyənlər yoxlanıldıqdan sonra rahat şəkildə yollarına davam edirlər. İritonnajlı avtomobillərdə isə daha çox Gürcüstan tərəfdə yoxlanış zamanı ləngimələr yaranır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY

















