Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu birləşir

Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumun yaradılmasına dair razılığa gəlib.
Avtosfer.az Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Tblisidə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub.
Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.
"Bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq", - deyə Qazaxıstan baş nazirinin müavini Bakitjan Sagintayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Batumi limanı və Batumi neft terminalındakı səhmlərindən imtina etmək niyyətində deyil, çünki bu, Transxəzər tranzit marşrutu ilə bağlıdır. B.Sagintayev qeyd edib ki, Qazaxıstan investorları onların səhmlərinin istənilən risklərdən qorunmasında maraqlıdır.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












