Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir - FOTO

Azərbaycan və Gürcüstan poçt xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəliblər.
Avtosfer.az bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, razılıq Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda əldə olunub.
Belə ki, “Azərpoçt” və Gürcüstan Poçtu arasında görüş keçirilib. Görüşdə “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə, Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Nugzar Bregvadze iştirak ediblər.
Tərəflər iki ölkə arasında poçt sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Elektron kommersiya sahəsində bağlamaların çatdırılması üzrə təcrübələrin paylaşılması və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi vurğulanıb.
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO















