“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyindən çıxarılıb

“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb. “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların sayı azalıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb. Beləliklə, AZAL-ın tabeliyində olan qurumların sayı 15-dən 14-ə enib. Bura “Azərbaycan Hava Yolları” və “BUTA AIRWAYS” sərnişin aviaşirkətləri, “Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu, “Gəncə”, “Naxçıvan”, “Lənkəran”, “Zaqatala” və “Qəbələ” beynəlxalq hava limanları, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi, “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, filial və nümayəndəliklər daxildir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












