Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir? - VİDEO

Türkiyədə baş verən hotel yanğınlarından sonra beynimizdə yaranan suallardan biri də budur: "Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir?"
Avtosfer.az xəbər verir ki, oxu.az-ın əməkdaşı mövzu ilə bağlı rəsmi qurumdan və ekspertdən rəy alıb.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, Azərbaycan hotellərində yanğın təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət o qədər də ürəkaçan deyil:
"Yanğın hadisələrinə hazırlıq səviyyəsi yüksək olmalı və ümumən yanğın hadisələrinin baş verməməsi üçün kompleks tədbirlər görülməlidir. Türkiyədə hoteldə baş verən faciəli yanğın hadisəsi onu göstərdi ki, bu kateqoriyalı ictimai iaşə obyektlərində yanğın təhlükəsizliyi məsələlərinə daha da ciddi yanaşılmalıdır. Hotellərdə ərazinin həcminə uyğun ilkin yanğınsöndürmə vasitəsi hesab edilən odsöndürən balon, tərkibində bel, lom və içində qum olan qutu olmalıdır. Binalarda yanğınla bağlı xəbərdaredici qurğular və avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmalıdır. İnsanların fövqəladə hallar zamanı sağlam və təhlükəsiz təxliyə olunmaları üçün təxliyə pilləkənləri mövcud olmalı, maneəsiz keçidlər yaradılmalıdır. Sadalanan sistemlərin təkcə mövcudluğu kifayət etmir. Onlara daim texniki xidmət olunmalı, saz vəziyyətdə saxlanılması isə təmin edilməlidir. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasına və saz vəziyyətdə saxlanılmasına hotelin sahibi məsuliyyət daşıyır".
O.Musayev əlavə edib ki, ildə bir dəfə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hotellərdə yoxlamalar təşkil olunur:
"Sahibkarlar yoxlamalar zamanı cərimələrdən yayınmaq üçün deyil, insanların həyat və sağlamlıqlarının sığortalanması və etibarlı olması üçün yanğın təhlükəsizliyinə ciddi yanaşmalıdırlar. Yanğın hadisələri zamanı hotelin işçi heyəti davranış qaydalarını mükəmməl bilməlidir. Bu məqsədlə işçilərə dövri olaraq nəzəri və praktiki təlimlər keçirilməlidir".
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən cavab olaraq qeyd edilib ki, ölkə ərazisində mehmanxanaların yanğın təhlükəsizliyi "Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu", "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları" və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları" ilə tənzimlənir:
"Qüvvədə olan qanunvericiliyə görə, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının, eləcə də digər yanğından müdafiə vasitələrinin mövcudluğu və sazlığına müvafiq dövrülüklə həyata keçirdiyi yoxlamalar zamanı nəzarəti təmin edir. Yoxlamalar zamanı nöqsanlar aşkar edildikdə cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun dərhal inzibati xəta haqqında protokol tərtib edilir, tələbnamə yazılı şəkildə obyekt rəhbərinə təqdim olunur və çatışmazlıqların aradan qaldırılması onlardan tələb edilir. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılmazsa, qanunvericilikdə nəzərdə tutulmuş digər inzibati məsuliyyət tədbirləri tətbiq edilir.
Bununla yanaşı, DYNX mehmanxanalarda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir, mehmanxana əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılır, onlara nazirlik tərəfindən hazırlanmış maairfləndirici vəsaitlər (videoçarx, broşür və s.) təqdim olunur. Həmçinin mütəmadi olaraq mehmanxananın əməkdaşları, o cümlədən xidməti və texniki heyətlərin iştirakı ilə praktiki məşq və təlimlər keçirilir".
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ











