Azərbaycan-İran sərhədində ATIŞMA, ÖLƏN VAR - FOTO
Gündəm
17 Sentyabr 2020 14:07

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Avtosfer.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 2020-ci ilin 17 sentyabr tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının əllərində silah və yüklərin olması müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçıb.
Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.
Sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sərhəd zastavasının mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhədboyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozucularına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.
Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Fidan

Oxunub : 1080
DİGƏR XƏBƏRLƏR
29 Mart 2026 09:13
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
28 Mart 2026 12:00
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
28 Mart 2026 10:45
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
28 Mart 2026 09:36
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
27 Mart 2026 23:09
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
27 Mart 2026 20:30
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
27 Mart 2026 18:55
Sabunçu keçidi bağlandı - VİDEO
27 Mart 2026 18:12
FHN əhaliyə müraciət etdi
27 Mart 2026 16:36
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
27 Mart 2026 13:55
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
27 Mart 2026 10:38
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
27 Mart 2026 10:13
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
ŞƏRH YAZ










