Azərbaycan Qarabağa qanunsuz girən maşınlara görə İrana etiraz notası verdi
Gündəm
11 Avqust 2021 16:47

İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Avtosfer.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.
Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.
Oxunub : 2390
DİGƏR XƏBƏRLƏR
17 Mart 2026 18:00
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
17 Mart 2026 17:48
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
17 Mart 2026 14:41
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
17 Mart 2026 14:36
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
17 Mart 2026 13:48
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
17 Mart 2026 00:00
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
16 Mart 2026 21:00
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
16 Mart 2026 20:51
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
16 Mart 2026 19:39
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
16 Mart 2026 19:12
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
16 Mart 2026 18:09
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
16 Mart 2026 14:41
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
ŞƏRH YAZ










