Azərbaycan İCAO-nun Ümumdünya Aviasiya Forumunda təmsil olunacaq

Sentyabrın 27-dən oktyabrın 7-dək Monrealda (Kanada) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Assambleyasının 39-cu sessiyası keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Assambleyanın işində təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər.
Mülki aviasiya fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri Assambleyada müşahidəçi statusunda iştirak edəcək.
İCAO Şurası tərəfindən təsdiq olunan Assambleyanın ilkin gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı məsələlər, həmçinin beynəlxalq mülki aviasiyanın uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitə dair əsas mövqelərinin nəzərdən keçirilməsi daxildir.
Həmçinin, İCAO-nun Assambleyasının 39-cu sessiyasının açılışından bir gün öncə Monrealda İCAO-nun aviasiya məsələləri üzrə İkinci Ümumdünya Forumu (IWAF2016) keçiriləcək.
İCAO-ya üzv dövlətlərin hökumət rəsmiləri, eləcə də mülki aviasiya sahəsinin aparıcı sənaye və maliyyə tərəfdaşları forumda iştirak etmək üçün dəvət olunmuşdur. IWAF2016 forumunun məqsədi ehtiyacların müəyyənləşdirilməsi, "Heç bir ölkə diqqətdən kənar qalmayacaq" (NCLB) təşəbbüsünü dəstəkləmək üçün beynəlxalq mülki aviasiyanın aparıcı təcrübəsi və qlobal standartların tətbiqi tempini artırmaq məqsədilə lazım olan vəsait və maliyyələşmənin əldə olunması üçün şəraitin yaradılması və aviasiyanın davamlı inkişafı üçün kifayət qədər resursların təmin olunması sahəsində informasiya və dəyərli təcrübə mübadiləsindən ibarətdir.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İCAO-nun Assambleyasının işində və IWAF2016 forumunda iştirak etməyi planlaşdırır. Assambleyanın iclaslarında iştirak etməklə yanaşı, nümayəndə heyəti digər ölkələrin mülki aviasiya administrasiyalarının və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










