Azərbaycan-İran dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanovİranın yol və şəhərsalma nazirinin müavini, İran dəmir yolunun baş direktoru Səid Məhəmmədzadə ilə görüşüb.
Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub.
C.Qurbanov bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.
Onun sözlərinə görə, Azərbaycan və İran dəmir yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, ADY 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarını bir şəbəkədə birləşdirəcək.
S.Məhəmmədzadə isə bildirib ki, bu layihə Azərbaycan, İran və Rusiya ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
Namiq
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ











