Azərbaycan İranda dəmir yolu xətti və 4 terminal tikəcək - FOTO

İranın paytaxtı Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, ötən ilin 20 aprelində Azərbaycan ilə İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Sonra Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə imzalayıblar. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Mərasimdə C.Qurbanov və S.Məhəmmədzadə çıxış edərək bildiriblər ki, bu layihə hər iki ölkə ərazisində dəmir yolu əlaqələrinin, həmçinin ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















