Azərbaycan İranın nəqliyyat terminalına 60 milyon dollar sərmayə yatıracaq

"İran Dəmir Yolları"nın rəhbərliyi elan edib ki, Azərbaycanla İranın sərhəddə yerləşən Astara şəhərində dəmiryol terminalının inşası və istismarı haqqında investisiya sazişi imzalanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, investisiya sövdələşməsi "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran İslam Respublikası Dəmir Yolları" (Qısaldılmış "RAI") nəqliyyat şirkəti arasında tikinti mərhələsində olan Astara dəmir yolu stansiyasında imzalanıb. Sazişin şərtlərinə əsasən, Azərbaycan hökuməti İran layihəsinə 60 milyon dollar yatırmağa razılaşıb. Bundan başqa, iki tərəf arasında müqavilənin müddəti bitdikdən sonra Astara terminalında olan bütün obyektlər tam olaraq İrana təhvil veriləcək. RAI-nin rəsmi şəxslərinin sözlərinə görə, Azərbaycan tərəfi İran ərazisindən azı iki milyon ton yük daşımağa razılıq verib ki, bu da İran İslam Respublikası üçün böyük gəlirlər gətirib çıxaracaq. Bu stansiya Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə layihə çərçivəsində tikilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












