Azərbaycan istehsalı olan döyüş vasitələri və avadanlıqları sınaqdan keçirilib - FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib. Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İdarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə hazırlanmış müxtəlif döyüş vasitələri və texniki avadanlıqların nümunələri müdafiə nazirinə təqdim olunub, onların döyüş imkanları nümayiş etdirilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















