Azərbaycan müdafiə naziri cəbhədə tort kəsdi - FOTOLAR

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi təqdim olunub. Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və onlarla çay süfrəsi arxasında söhbət aparıb. Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Elmin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF




















