Banner

Azərbaycan müharibədə düşmənə qarşı yeni növ bombalar tətbiq edib - VİDEO

Gündəm 3 Noyabr 2021 12:52 Oxunub 1872
Azərbaycan müharibədə düşmənə qarşı yeni növ bombalar tətbiq edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Hərbi Hava Qüvvələri 44 günlük Vətən müharibəsi dövründə SU-25 qırıcı təyyarələrindən yeni növ bombalarla atəş açıb.

Avtosfer.az-ın məlumatına əsasən, bunu Azərbaycan müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.

O bildirib ki, söhbət xüsusilə lazeryönümlü bombalardan gedir.

“Həmin bombalar bizə dəqiq zərbələr endirməyə imkan verirdi. Müharibədən öncə bizə deyirdilər ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olmaz. Biz isə göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək mümkündür”, - deyə Ramiz Tahirov əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh