Azərbaycan nümayəndələri Cenevrədə "Süni intellektlə bağlı" layihədə iştirak ediblər - FOTO

Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən “Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təşkil olunan “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsində və Xeyir üçün Süni İntellekt Zirvə Görüşündə (AI for Good Summit) təmsil olunub.
Avtosfer.az xəbər verir ki, layihənin tələblərinə uyğun olaraq “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) sədri – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Texniki Komitənin əlaqələndiricisi – Azərbaycan Standartlaşdırma İnstitutunun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhrinin layihədə iştirak etmək məqsədilə namizədliyi ISO tərəfindən təsdiq edilib.
Müsabiqənin qalibləri kimi Azərbaycan Respublikası ilə yanaşı, Bahama adaları, Braziliya, Böyük Britaniya, Kanada, Misir, Hindistan, İndoneziya, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Uqanda və Amerika Birləşmiş Ştatlarının nümayəndələri də layihədə iştirak etmək hüququ qazanıblar.
Layihənin əsas məqsədi maraqlı tərəfləri süni intellektin idarə olunması sahəsində beynəlxalq və yerli standartlara uyğun ən yaxşı tənzimləmə təcrübələri barədə məlumatlandırmaq, həmçinin süni intellekt siyasəti və standartları ilə bağlı bilik və təcrübə mübadiləsini təşviq etməkdir.
Tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” və süni intellekt sahəsində “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-05) tərəfindən qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq etdiyi standartlar barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində seçilmiş nümayəndələr Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil olunan “Artificial Intelligence for Good” adlı qlobal süni intellekt sammitinə də qatılıblar.



İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












