Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayır. 15000 nəfər şəxsi heyyət, 150 dən artıq tank və zirehli texnika, 120-dək raket və artilerya qurğusu, 20 ədəd müxtəlif təyinatli döyüş aviasiyasının iştirak edəcəyi genişiqyaslı hərbi təlimlər üçün hazırlıqlar görülür. Avtosfer.az xəbər verir ki, sentyabrın 18-də start götürməsi planlaşdırılan təlimlər müxtəlif qoşun növlərinin iştirakı ilə keçiriləcək. Bu təlimlərə 20 ədəd müxtəlif təyinatli döyüş aviasiyası da cəlb olunacaq. Təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər. Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsilə döyüş atışlarının keçirilməsi nəzərdə tutulur. Təlimlər sentyabrın 22-dək davam edəcək. Bu arada Türkiyə hərbi hava qüvvələrinin F-16 təyyarələri də Azərbaycana gəlib.
F-16-lar "TurAz qartalı - 2017" birgə təlimlərində iştirak edəcək. Təlimlərdə Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinə məxsus MİQ-29, F-16, Su-25, C-130 herkules təyyarələri və Mİ-35, Mİ-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək. Sentyabr ayınin 18-dən start götürəcək təlimlər ayın 30-dək davam edəcək.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












