Azərbaycan ordusu qısa müddət ərzində Martunini də tutub

Bizi çox güclü işlədilər, mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər “Qrad” və “Uraqan” raketləri uçurdu ki, mən göyün üzünə baxıb “300 spartalı” filmini xatırladım.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə 1993-cü ildən işğal altında olan Cəbrayıl rayonuna ezam edilən işğalçı erməni ordusunun taborunun “zampoliti” bildirib.
Onun sözlərinə görə, güclü artilleriya hazırlığının ardınca azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində - Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi. “Həmin günlərdə Azərbaycan ordusu qısa müddət ərzində hətta Martunini (Xocavəndi –red.) də tutub, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. “Qarabağ qüvvələrinin birinci müdafiə xəttinin köməyinə tanklar - köhnə T-72-lər yetişdi”.
İndi vurulmuş erməni tanklarının fraqmentlərinə həm təmas xəttində, həm təmas xəttinin dərinliklərində rast gəlmək olar. Həmin döyüşdə “sağ qalan” texnika isə döyüşlərin başlaması ehtimalına qarşı təmas xəttinin yaxınlığında mövqe tutub. “Azərbaycanlıların arsenalı müasirdir, onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silahlar alırlar. Bax məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub”, - erməni zabit qülləsi qopub 100 metr kənara düşən T-72 tankını göstərir.
O deyir ki, raketi tanka pilotsuz təyyarə yönləndirib - koordinatlarını ötürüb və bundan sonra raketi buraxıblar.
İşğalçıların sözlərinə görə, onlar özləri sovet istehsalı olan köhnə silahlar - “Kalaşnikov”larla, minaatanlarla döyüşməli olurlar.
Azərbaycanlıların mövqeyi bizdən cəmi 400 metr məsafədədir. Hətta Azərbaycan bayrağını görmək olar”, - Artak deyir.
“Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: “Salam, Vazgen!”. Biz də onlara əl yelləyirik. Atəşkəsdir!”, - erməni “zampolit” əlavə edir.
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb, kəsilən inəklərin başını da səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb










