Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ























