Azərbaycan ordusunun göldə boğulan zabitinin meyiti tapıldı  - FOTO - YENİLƏNİB
Gündəm 18 İyun 2021 11:27 Oxunub 308
Azərbaycan ordusunun göldə boğulan zabitinin meyiti tapıldı  - FOTO - YENİLƏNİB

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

“Report”un məlumatına görə, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

09:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

FHN-nin “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh