Azərbaycan Ordusunun irimiqyaslı təlimləri davam edir - FOTO

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib.
Avtosfer.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "həyəcan" siqnalı ilə qaldırılan qoşunların və komanda idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələrinin ehtiyat aerodromlarına, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin əməliyyat rayonlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələrinin müvəqqəti atəş və start mövqelərinə çıxarılması və yenidən qruplaşması sona çatdırılıb.
Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərancamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silah və texnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI






















