Azərbaycan Ordusunun xüsusi təyinatlıları taktiki-xüsusi təlim keçirib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.
Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı














