Azərbaycan poçtu yeni və rəqəmsal texnologiyaların tətbiqində maraqlıdır - Toshiba - FOTO

Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin Forumunun ikinci günü poçt təchizat zəncirinə həsr olunub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-dən bildirilib.
Belə ki, qlobal poçt təchizatı zəncirində trendlər, rəqəmsal tətbiqlər, dayanıqlı logistika təcrübələrinin tətbiqi kimi mövzular əsas müzakirə mövzularıdır.
Tədbirdə onlarla ölkədən poçt təşkilatlarının yüksəkvəzifəli nümayəndələri, eləcə də tanınmış şirkətlərin təmsilçiləri iştirak edir və müasir trendlərin fonunda poçt sisteminin inkişafına töhfə verməyə çalışırlar.
Qlobal miqyasda xüsusi rola malik Yaponiyanın “Toshiba Corporation” şirkətinin Beynəlxalq biznesin inkişafı təhlükəsizliyi və avtomatlaşdırma sistemləri departamentinin vitse-prezident müavini Yuichiro İshibaşi Azərbaycanın rəqəmsallaşma strategiyası və poçt sistemi ilə bağlı fikirlərini bölüşüb:
“Əsas məqam kimi eşitmişəm ki, Azərbaycan hökuməti rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatla bağlı strateji sənədlər hazırlayıb. Məsələn, dövlət xidmətləri rəqəmsal platformalar üzərindən təqdim olunur ki, insanlar bu tətbiqlər vasitəsilə xidmətlərə asanlıqla çıxış əldə edə bilsinlər. Bu, çox mühüm bir addımdır. Bu o deməkdir ki, Azərbaycan xalqı yeni və rəqəmsal texnologiyalara kifayət qədər bələddir.
Eyni zamanda Azərbaycan poçtu – ölkənin milli poçt operatoru olaraq – zəngin tarixi irsə və konkret bir biznes modelinə malikdir. Lakin bu baza üzərində qurulan fəaliyyətini yalnız ənənəvi poçt xidmətləri ilə məhdudlaşdırmır, beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlıq edərək çatdırılma xidmətlərini inkişaf etdirməyə çalışır. Həmçinin Azərbaycan poçtu yeni və rəqəmsal texnologiyaların tətbiqində maraqlıdır və bu sahədə müsbət yanaşma sərgiləyir.
Ümumilikdə isə bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda yeni texnologiyalara maraq, xidmətlərin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik müsbət yanaşma müşahidə olunur”.
Xatırladaq ki, 13 maydan etibarən Bakıda Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, “Azərpoçt” MMC-nin dəstəyi ilə Avropa və MDB Poçt Liderlərinin Forumu keçirilməkdədir.


Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












