Banner

Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırdı - VİDEO

Gündəm 2 Dekabr 2021 14:39 Oxunub 866
Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib. Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.


 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh