Azərbaycan QHT-ləri 5 il ərzində nələrə nail olublar? - VİDEO

Son 5 ilin müşahidələri göstərir ki, Azərbaycan QHT-ləri artıq milli səviyyədən çıxaraq ölkənin hüdudlarını aşıblar. Avtosfer.az xəbər verir ki, QHT-lərimiz beynəlxalq müstəvidə çoxsaylı təşəbbüslərin həyata keçirilməsinə müvəffəq olur. Azərbaycanın xarici siyasət kursuna dəstək olan həmin fəaliyyətlər ictimai diplomatiyanın bir parçası olaraq uğurlu şəkildə davam etdirilir.
Millət vəkili Azər Allahverənovun sözlərinə görə, Azərbaycan QHT-lərinin təşəbbüsü ilə Qlobal Cənub platforması yaranıb və bu platforma təqribən dünya əhalisinin 80 faizini əhatə edir:
"Qlobal Cənub qarşısında həm də Qlobal Şimal var və müxtəlif mövzular - iqlim dəyişikliyi, insan hüquqları, müstəmləkəçilik üzərindən Qlobal Cənubu bir növ təsir altında saxlamaqdadır. Məhz bu platforma üzərindən Azərbaycan Qlobal Cənubun səsinə çevrilib. Bundan başqa, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platformasının Azərbaycanda təsis olunması olduqca tarixi hadisədir. Hər iki qurumun, platformanın daimi katibliyi məhz Azərbaycanda fəaliyyət göstərəcək ki, bu da sevindirici bir haldır".
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO











