Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə: Düşənbə görüşü dönüş nöqtəsi oldu - AÇIQLAMA

"Prezidentlər arasında görüş sübut etdi ki, münasibətlərimiz artıq müsbət məcraya döndü, tam normallaşdı. Bunu sübut edən amil aparılan müzakirələr zamanı qarşı tərəfin verdiyi açıqlamalardır. Vladimir Putinin ritorikasından bunu anladıq ki, insidentlə bağlı məsələlər həll olunur, istintaq yekunlaşmaq üzrədir".
Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Siyasi ekspert əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüşün nə vaxt keçiriləcəyini, daha çox da münasibətlərin nə vaxt normal məcraya dönəcəyini yalnız sözügedən tərəflər gözləmirdi. Mövcud durum və proseslərin sonrakı məqamda inkişaf trayektoriyası regional və qlobal aktorların, siyasi kluarların əsas müzakirə mövzularından biri idi:
"Siyasətdə sayıq yanaşma sərgiləməyi bacaran hər kəs birmənalı qaydada neqativ inkişaf ssenarisinin hər iki tərəfə də uğur gətirməyəcəyi, əslində, bir çox prosesə zərbə vuracağı qənaətində idi. Lakin cəmiyyətin tələbləri fərqli idi. Buna göz yummaq olmazdı, artıq olmur. Dövlətimiz, dövlət başçımız da bu istiqamətdə prinsipial davrandı.
![]()
İndiki məqamda isə dövlət başçılarının Düşənbədə keçirilən görüşü yalnız və yalnız müsbət dəyərləndirilməlidir. Biz qonşu dövlətlər və xalqlarıq. Cəmiyyətlərimiz bir-birinə inteqrasiya edib. Coğrafiyamızı dəyişə bilmərik ki... Dövlət başçımızın da bildirdiyi kimi coğrafi amilin vermiş olduğu müsbət cəhətlərə fokus olmalıyıq. Görüş sübut etdi ki, münasibətlərimiz artıq müsbət məcraya döndü, tam normallaşdı. Bunu sübut edən amil aparılan müzakirələr zamanı qarşı tərəfin verdiyi açıqlamalardır. Vladimir Putinin ritorikasından bunu anladıq ki, insidentlə bağlı məsələlər həll olunur, istintaq yekunlaşmaq üzrədir. Təbii ki, biz də bunun yekunlaşmasını gözləyirik. Hər bir detalla bağlı obyektiv yanaşma ortaya qoyulmasını istəyirik".
Şəbnəm Həsənova əlavə edib ki, bu görüş və açıqlamalar daha çox Simonyanın, Solovyovun, Zatulinin və bu kimi ermənipərəst qüvvələrin uğursuzluğu deməkdir:
"Həmin bu dairələr münasibətlərin korlanmasında əsas fiqurlar idilər. Azərbaycan tərəfini ən çox narahat edən amillərdən biri Rusiyada Azərbaycan əleyhinə hökm sürən narrativ idi ki, bu ermənipərəst dairələr bizə qarşı çirkin kampaniya aparırdılar. Rusiya Prezidentinin media önündə verdiyi açıqlamalar bu amilləri də aydınlığa çıxardı. O amili da sonda mütləq vurğulayaq ki, görüş, münasibətlərin normallaşması Rusiyanın siyasi sferasında, cəmiyyətində və mətbuatında da çox müsbət qarşılanır. Bu müsbət aura bir çox mətləblərdən xəbər verir".
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












