Azərbaycan-Rusiya sərhədində nəqliyyatın hərəkəti normal vəziyyətdədir

Bu gün səhərdən etibarən Azərbaycan-Rusiya sərhədində normal hərəkət bərpa olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Rusiya bürosuna Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Telman Hacəliyev bildirib.
Qeyd edək ki, daha əvvəl Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndəliyi Azərbaycan ilə sərhəddə minik və yük maşınlarından ibarət böyük tıxacın yarandığını bəyan etmişdi. "Ənənəvi olaraq avqustun sonlarında Rusiyada yaşayan azərbaycanlıların istirahət üçün gedikləri öz ölkələrindən geri dönməsi vəziyyəti qəlizləşdirmişdi. Bu vaxtlar sərhəddə həmişə tıxaclar yaranır", - T.Hacəliyev vurğulayıb. Onun sözlərinə görə, hazırda sərhəddə bir çox azərbaycanlı taksi sürücüsü fəaliyyət göstərir və onlar vətəndaşlara daşınma ilə bağlı yaranmış problemləri həll etməyə yardım göstərir. "Bu gün səhərdən hər şey normal axarına düşüb. Bunu bilavasitə sərhəddə çalışan taksi sürücüləri də təsdiq edir", - Dərbənddəki Azərbaycan diasporunun rəhbəri bildirib.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










