Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb - VİDEO

Azərbaycan-Rusiya sərhədində yenə yük avtomobillərinin uzun növbəsi yaranıb. Amma bu dəfə səbəb fərqlidir. Hər iki tərəfin gömrük buraxılış məntəqələrində hər hansı çətinlik yaşanmır. Yüzlərlə sürücü Dağıstan ərazisində daşa tutulmaq qorxusundan Rusiya tərəfinə keçə bilmir. Buraxılış məntəqəsində heç bir problem yoxdur, ancaq sərhəddə uzun növbə yaranıb. Onlarla yük maşınının sərhəddə gözləməsinin başqa səbəbi var. Sürücülər deyirlər ki, sərhəddən Dağıstan ərazisinə keçən kimi avtomobilləri daşa basırlar və nəticədə maşınlara ciddi ziyan dəyir, sürücülər isə xəsarət alır.
Sürücülər deyirlər ki, Rusiyada yükdaşıma qaydalarına təklif edilən dəyişikliklər layihəsi bu ölkədə sürücülərin narazılığına səbəb olub. Etiraz əlaməti olaraq bəzi sürücülər işləməkdən imtina ediblər. Aksiyaların təsirli olması üçün digər ölkələrdən Rusiyaya yük daşıyan avtomobillərin sürücülərini də onlara dəstək verməyə və işi dayandırmağa çağırırlar. Bununla razı olmadıqda isə avtomobilləri daşa basırlar. Son günlərdə bu hal daha da artıb. 30-a yaxın avtomobilə ziyan vurulub, şüşələri sındırılıb, təkərləri isə boşaldılıb. Daşlanmalar səbəbindən xəstəxanaya düşən sürücülər də var.
Xaçmaz Gömrük İdarəsindən bildirilib ki, hazırda Rusiya tərəfi ilə danışıqlar aparılır, problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










