Azərbaycan-Rusiya sərhədində yük maşınlarının hərəkəti dayandırılır

Azərbaycan-Rusiya sərhədində yerləşən "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar iriqabaritli yük maşınları üçün sərhəddə hərəkət dayandırılacaq. Avtosfer.az-ın APA-ya istinadən xəbər verir ki, buna səbəb yük maşınlarının hərəkəti üçün alternativ marşrutun olmamasıdır. "Yaraq-Qazmalar" keçidi yük maşınları üçün yeganə buraxılış məntəqəsidir. Ehtiyat variantı kimi yük maşınlarının "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsindən hərəkət etməsi təklif olunur. Ancaq burada müəyyən problemlər mövcuddur və "Qafqaz" federal trasına qədər yol yoxdur. Yeni körpünün inşasına yaxın zamanlarda başlanılacaq. "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsini federal trasla birləşdirəcək yolun tikintisi bu ilə planlaşdırılıb. Problemin həlli yolu kimi asfaltlanmamış yolun tikintisi təklif edilir. Bunun üçün də iki ölkənin sərhədində nəqliyyat kollapsın yaranması ehtimalı aktual olaraq qalacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












