Azərbaycan-Rusiya sərhədinə gözlənilməz səfər - Yük avtomobillərinin ləngidilməsi ilə əlaqədar

Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra Rusiya baş nazirinin müavini, komissiyanın həmsədri Dmitri Roqozin gözlənilmədən Azərbaycan-Rusiya dövlət sərhədinə səfər edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə D. Roqozin özünün "Twitter" hesabında yazıb. “Bakının hava limanına üz tutarkən əlavə 500 km yol getməyi qərara aldım və hamı üçün gözlənilməz olaraq Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim”, - deyə o bildirib.
Qeyd edək ki, yük maşınlarının dövlət sərhədini keçməsində problemlərin yaranması məsələsi dünən Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasında qaldırılıb. Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və digər məhsullar aparan yük avtomobillərin sərhəddə ləngidilməsi hallarının baş verdiyini deyib. D. Roqozin isə bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləyib. “Qarşıdan Yeni il gəlir. Biz gözləyirik ki, Azərbaycandan Rusiyaya gətirilən meyvə, tərəvəz və digər məhsullar sərhədi maneəsiz keçərək bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”, - deyə D. Roqozin bildirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












