Azərbaycan Rusiyadan təyyarə alacaq

Rusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) QSC 10 ədəd “MS-21” təyyarəsinin alınmasında maraqlılıq haqqında memorandum imzalayıblar.
Avtosfer.az tass-a istinadən xəbər verir ki, sənəd Rusiya Baş nazirinin müavini Dmitri Roqozin və Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun iştirakı ilə imzalanıb.
Sənədi “İlyuşin Finans Ko”nun baş direktoru Aleksandr Rubtsov və AZAL-ın baş direktoru Cahangir Əsgərov imzalayıblar.
A.Rubtsovun sözlərinə görə, gələcəkdə daha böyük partiya üçün müqavilə bağlanarsa, “biz Bakıda tədris mərkəzi açacağımızı istisna etmirik”.
Qeyd edək ki, “MS-21” (“XXI əsrin Magistral təyyarəsi”) Rusiyanın “İrkut” korporasiyası tərəfindən istehsal olunur.
Bu, Rusiyanın yaxın-orta məsafəli ilk təyyarəsidir. “MS-21” təyyarələrinin ilk tədarükləri 2018-ci ilin IV rübünə planlaşdırılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












