Azərbaycan "Stalinin yaxtası"nı ala bilər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) həqiqətən də Moskva Çay Gəmiçiliyinin "Maksim Qorki" teploxodunu almaq niyyətindədir. Bu barədə Avtosfer.az-a QSC-dən məlumat veriliblər.
Bildirilib ki, belə bir niyyət olsa da, yekun qərar hələ qəbul olunmayıb.
Danışıqların detalları barədə məlumat verilmir. Məlum olan yalnız odur ki, AXDG gəminin alınmasına namizədlərdən biridir.
Daha öncə "Kommersant" Moskva Çay Gəmiçiliyinin baş direktoru Konstantin Anisimova və bazardakı mənbəyə istinadən yazmışdı ki, yüksək istismar dəyərinə görə gəmi 2014-cü ildən yalnız restoran kimi istifadə olunur.
1934-cü ildə tikilən gəmi "Stalinin yaxtası" adlanır. Müxtəlif illərdə bu gəmidə Lavrentiya Beriya, Lazar Kaqanoviç, Qriqori Orconikidze, Nikita Xruşşov, Leonid Brejnev kimi sovet rəhbərləri istirahət edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












