Azərbaycan təyyarə istehsal edəcək

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonunda iştirak edib.
AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.
“Ukrayna aviatikinti şirkəti" Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və "Antonov" dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda An-178 nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
"Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükü məsələsi müzakirə olunub. Eyni zamanda, görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.
Həmin gün "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və "İlyuşin Finans Ko." şirkətinin baş direktoru Aleksandr Rubtsov arasında MC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni MS-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalayıblar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.
Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan An-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb. Cahangir Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni Silk Way Holdingin prezidenti Zaur Axundov və "İlyuşin Finans Ko." şirkətinin baş direktoru Aleksandr Rubtsov imzalayıb. "An-124-100” (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk", - Cahangir Əsgərov bildirib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










