Azərbaycan “Transport Outlook 2027” İşçi Qrupuna qoşulub

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun “Transport Outlook 2027” İşçi Qrupuna qoşulub.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bununla ölkəmiz qlobal nəqliyyat sistemlərinin gələcəyini müəyyənləşdirən müzakirələrin formalaşdırılmasında fəal iştirak etməyi qarşıya məqsəd qoyub.
Azərbaycan perspektiv hesabatda nəqliyyatın iqtisadi və sosial rolu, davamlı inkişafı, gələcək ssenarilər və dayanıqlılıq məsələlərinin əks olunmasını vacib hesab edir. Bununla yanaşı, Azərbaycan beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması, məlumat mübadiləsi, rəqəmsal platformalar və ağıllı infrastrukturun sərhədlərarası daşımaların səmərəliliyinin artırılmasında rolunun hesabatda geniş şəkildə əks etdirilməsində maraqlıdır.
Eyni zamanda, ölkəmiz qlobal nəqliyyat sistemlərinin gələcək inkişaf trayektoriyaları, ticarət marşrutlarının və logistika şəbəkələrinin transformasiyası, eləcə də geosiyasi dəyişikliklər, iqlim dəyişikliyi və təchizat zəncirlərində qeyri-sabitlik fonunda nəqliyyat sistemlərinin dayanıqlılığı və təhlükəsizliyi kimi məsələlərin də nəzərə alınmasını zəruri hesab edir.
Azərbaycan İşçi Qrupunda iştirakı vasitəsilə milli təcrübəsini bölüşməyi, məlumat və siyasət baxışları təqdim etməyi, həmçinin qlobal nəqliyyat üçün faydalı olacaq təhlilin hazırlanmasına töhfə verməyi nəzərdə tutur.
“Transport Outlook” Beynəlxalq Nəqliyyat Forumunun əsas analitik nəşrlərindəndir. İki ildən bir dərc olunan hesabatda qlobal nəqliyyat sektorunda mövcud tendensiyalar və perspektivlər haqqında məlumatlar təqdim edilir. Sərnişin və yük daşımalarında gözlənilən inkişaf təhlil olunur, texnoloji, iqtisadi və ekoloji dəyişikliklərin nəqliyyat sistemlərinə mümkün təsirləri araşdırılır. Bu hesabat vasitəsilə siyasətçilər və maraqlı tərəflər davamlı, səmərəli və dayanıqlı nəqliyyat sistemlərinin inkişafını dəstəkləmək üçün dəqiq məlumatlar əldə edirlər.
Məlumat üçün bildiririk ki, Azərbaycan hazırda Beynəlxalq Nəqliyyat Forumunun sədrliyini həyata keçirir və qlobal əməkdaşlığın təşviqində fəal rol oynayır. Sədrliyin əsas prioritetlərinə beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərhədlərarası daşımaların səmərəliliyinin artırılması, dayanıqlı və insan mərkəzli şəhər nəqliyyatının təşviqi, eləcə də bilik və təcrübə mübadiləsinin genişləndirilməsi daxildir. Sədrliyin əsas mərhələlərindən biri qarşıdan gələn sammit olacaq. Mayda keçiriləcək tədbir “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr ediləcək.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ










