Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən görüntülər - FOTO

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam edir. Avtosfer.az-ın trend-ə istinadən məlumatına görə, bu gün KİV nümayəndələri hərbi təlimləri izləyiblər. Qeyd edək ki, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb. Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğusu və minaatan, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. Təlimlərdə müdafə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması zirehli qrupların və taktiki hava desantının tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetirirlir. Təlimlər mayın 5-dək davam edəcək.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT






















