Banner

Azərbaycan Türkiyəyə dəhşətli qəza ilə bağlı başsağlığı verib: ANBAAN VİDEO

Gündəm 4 Sentyabr 2021 16:00 Oxunub 1736
Azərbaycan Türkiyəyə dəhşətli qəza ilə bağlı başsağlığı verib: ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Tekirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Qardaş Türkiyənin Tekirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Başın sağ olsun, qardaş Türkiyə!”.

Qeyd edək ki, Türkiyədə Tekirdağ şəhərinin Ergene rayonunda mikroavtobus yük qatarının yoluna çıxıb. Bu zaman Ədirnədən İstanbula gedən yük qatarı fabrik işçilərini daşıyan mikroavtobusu yol boyu sürüyüb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən 6-sı ölüb, 7-si yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qatarların fəaliyyəti bir müddət dayandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh