"Azərbaycan və Avropa arasında sərnişin axını artıb"

"Həm Azərbaycan ilə Ukrayna arasında, həm də Ukrayna aviaşirkətləri tərəfindən Kiyevdəki Borispol hava limanı vasitəsilə həyata keçirilən Azərbaycan və Avropa ölkələri arasında uçuşlarda sərnişin axını artıb."
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Ukrayna Beynəlxalq Hava Yollarının (UBHY) Azərbaycandakı nümayəndəsi Maksim Rıjov bildirib.
"Azərbaycan Respublikası ərazisində satılan biletlərin sayından danışsaq, ay və mövsümdən asılı olaraq ümumi həcm ötən illə müqayisədə 20%-dən 90%-dək artıb" - o deyib.
M.Rıjovun sözlərinə görə, şirkət indi uçuşların qış qrafikini dərc edib və UBHY-nin reysləri satış üçün açıqdır.
O, bütün uçuşların Azərbaycanın AZAL aviaşirkəti ilə birgə həyata keçirildiyini xatırladıb.
"AZAL bizimlə əməkdaşlıq şəklində hər həftə Bakı-Lvov-Bakı marşrutu üzrə uçuşlar təşkil həyata keçirir. Gələn ilin iyun ayından Bakı-Odessa-Bakı birbaşa reyslərinə başlamağı planlaşdırırıq. Çünki bu ilin yay aylarında bu istiqamətdə uçuşlar həyata keçirildi və Azərbaycan bazarında kifayət qədər populyar oldu" - M.Rıjov vurğulayıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












