Azərbaycan və Belarus avtomobil əlaqələrini genişləndirir – FOTO

Belarus Respublikasının Minsk şəhərində Azərbaycan və Belarus arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iclasda ölkələrimiz arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyəti müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı tərəfdaşlığın inkişafı, daşımalar zamanı yaranan problemlər və onların aradan qaldırılması yolları, daşımaların inkişaf perspektivləri, 2016-2017-ci illərdə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün “İcazə” blanklarının kontingentinin müəyyən edilməsi, ticari-iqtisadi statistik məlumatların mübadiləsi, hər iki ölkənin avtodaşıyıcılarının iş şəratinin yaxşılaşdırılması və s. digər zəruri məsələlər müzakirə edilərək razılaşdırılıb.
İclasın yekununda müvafiq Protokol imzalanıb.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












