Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: "Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın".
Azərbaycana turist axınının artmasından danışan N.Bağırov qeyd edib ki, gözlənildiyi kimi 2017-ci il ölkəyə turistlərin cəlb olunması baxımından əhəmiyyətli oldu: "Ölkəmiz təkcə MDB və ərəb ölkələrindən olan turistlər arasında yox, həm də avropalı turistlər arasında populyarlıq qazanmağa başlayır. Fikrimcə, gələn il də Azərbaycana turist axını artmaqda davam edəcək. Bundan başqa, 2018-ci ildən başlayaraq biz Avropadan da turist axınının artmasını gözləyirik".
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin 11 ayı ərzində ölkəyə 2 477 908 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 413 684 nəfər və ya 20 faiz çoxdur.
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO










