Azərbaycan və Rusiya dəmir yolu sahəsində yeni saziş imzalaya bilər

Azərbaycan nümayəndə heyəti “Şimal-Cənub” nəqliyyat dəhlizində Rusiyanın Həştərxan vilayətinin logistika potensialından istifadə olunması ilə bağlı həmin bölgədə keçirilən müzakirələrdə iştirak edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, görüşdə Kutum dəmir yolu stansiyasının bazasında nəqliyyat və logistika mərkəzinin yaradılması imkanları müzakirə olunub. Tez xarab olan məhsulların dəmir yolu ilə daşınmasının perspektivləri və bunun üçün Kutum stansiyasının potensialından istifadə edilə biləcəyi qeyd olunub. Müzakirə iştirakçılarına yük meydançasının istehsalat bazası və onun inkişafı sxemi nümayiş etdirilib. Azərbaycandan olan iş adamları təklif olunan layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Gələcəkdə tərəflər qarşılıqlı maraqlara cavab verən uzunmüddətli əməkdaşlıq üçün hərtərəfli saziş imzalamaq niyyətindədirlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












