Azərbaycan və Rusiya polisi şimal rayonlarında bir həftəlik əməliyyat keçirdi - Tutulanlar var

Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd-Sipər» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, respublikanın Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 18 nəfər saxlanılıb, itkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 5 avtomat silahı, 8 tapança, 67 yivli və yivsiz tüfəng, 30 əl qumbarası, 38 ədəd silah sandıqçaları, 30 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 mərmi və 8611 müxtəlif çaplı patron götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub və nəticədə qanunsuz dövriyyədən 1,1 kiloqram narkotik vasitə çıxarılıb.
Bundan başqa, tədbirlər zamanı Quba rayonunda 3, Qusar rayonunda 2, Şəki, Xaçmaz və Qax rayonlarında hər birində 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və dələduzluq cinayətlərinin açılması təmin edilib.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
Elmin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










