Azərbaycan və Rusiya Samur çayı üzərində körpü tikəcək

Azərbaycan və Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün inşasına bu il başlanacaq. Avtosfer.az tass-a istinadən xəbər verir ki, cümə günü Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristov bildirib. “Biz bütün planlar üzrə artıq bu il tikintiyə başlamalıyıq”, - Aristov deyib.
O, layihənin məbləğini açıqlamayaraq bunun kommersiya sirri olduğunu bildirib. “Əgər maliyyə planında hər şey yaxşı olarsa, hər şey alınacaq, o zaman biz tikintini 2017-ci ildə başa çatdıra bilərik”, - Aristov vurğulayıb.
Onun sözlərinə görə, proseduru ləngidən əsas məqam “maliyyə deyil, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında inşaat materiallarının daşınması, işçilərin yerləşdirilməsinə dair razılaşmalar” idi.
“Hazırda sərhədçilər həm Azərbaycan, həm də Rusiya tərəfindən orada işləyənlər materialların gətirilməsi üçün sadələşdirilmiş proseduru müəyyənləşdiriblər. Bütün bunlar maneəsiz həyata keçiriləcək”, - Rusiya nəqliyyat nazirinin müavini bildirib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












