Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Gündəm 3 Dekabr 2020 00:38 Oxunub 1008
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən APA-nın Mosokva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh