Azərbaycan velosiped yolları olacaqmı?

“Yeni layihələrin icrasında velosiped zolaqlarının salınması nəzərdə tutulub”. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur: “Ümumiyyətlə, şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Çünki küçələrin darlığı buna imkan vermir. Amma şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsi labüddür. Gələcək layihələrimizdə nəzərdə tutmuşuq”. A.Nəcəfli beynəlxalq praktikaya əsasən bildirib ki, velosiped zolaqları çəkilərkən zərurətin olması, hərəkətin intensivliyi, yolun genişliyi və s. araşdırılır: “Məsələn, Heydər Əliyev prospektində velosiped sürmək mümkündür və bu, nəqliyyat iştirakçılarının həyatı üçün təhlükə yaratmır. Həmin yolda ayrıca velosiped zolağı ola da bilər, olmaya da bilər. Amma şəhərin mərkəzi, dar küçələrində bir qədər çətindir. Mərkəzi yollarda velosipedin gedib-qayıtması üçün zolağın salınmasına şərait yoxdur.Sovet dövründə şəhərsalma zamanı bunlar nəzərə alınmayıb. Amma velosiped zolaqlarının salınması yeni yollarda nəzərdə tutulub. Bu yaxınlarda reallaşacaq layihədə ilk dəfə həyata keçiriləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












