Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan "Tour de Maroc" yarışına uğurla başlayıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından “Report”a verilən məlumata görə, yarışın ilk mərhələsi milli komandanın üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb. 148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran K. Pozdnyakov ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət velosipedçini həm də ümumi təsnifatın lideri edib. O, həmçinin sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib. İlk mərhələni “20-lik”də başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var. Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub. Qeyd edək ki, 10 gün davam edəcək "Tour de Maroc" "Synergy Baku" üçün 3 – 7 mayda keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












