Azərbaycan Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad etdi - FOTO - VİDEO

Gündəm 27 Sentyabr 2024 12:01 Oxunub 218
Azərbaycan Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avtosfer.az bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı hərbçi isə itkin düşüb. Onların qəhrəmanlığı sayəsində bu gün xalqımız öz doğma yurdlarına qayıdır, işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparılır.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Vətən müharibəsi şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların qəhrəmanlıq salnaməsi gələcək nəsillərə örnək olacaq. Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun!

Foto-video (qafqazinfo)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh