Azərbaycan vətəndaşları qayıqla ABŞ-a girmək istədi

ABŞ-ın Florida ştatının sahil mühafizə və sərhəd polisi qüvvələri Vest Palm-Biç şəhəri sahillərində içərisində 24 nəfərin olduğu 25 futluq qayığı ələ keçirib. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, sahildən 9 mil uzaqlıqda keçirilən əməliyyat zamanı Birləşmiş Ştatlar ərazisinə qeyri-leqal daxil olmaq istəyən bir qrup xarici ölkə vətəndaşları saxlanılıb. Onların arasında Azərbaycan vətəndaşları da var.
Federal rəsmilər bildiriblər ki, qayıqdakılar əvvəlcə həbsxanaya aparılıb, daha sonra onlardan 6-nın barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar insan qaçaqçılığını təşkil edən iki nəfər, o cümlədən qayığın kapitanı, habelə əvvəllər törətdikləri cinayətlərə görə ABŞ ərazisinə daxil olması qadağan edilən 4 xarici vətəndaşdır.
Qayığın göyərtəsində Haiti, Ekvador, Çin, Boliviya, Azərbaycan və Dominikan Respublikası vətəndaşları olublar. Saxlanılanlardan 4-ü deportasiya edilib. Qayığın kapitanı iddia edib ki, sərnişinləri Atlantik okeanında hansısa gəmidən özünün sınıq-salxaq qayığına mindirib və ABŞ-a tərəf üzüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












