Azərbaycan vətəndaşlarını kim yoxlayacaq? - "Tramp marşrutu" necə reallaşacaq? - VİDEO

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol dəhliz statusunda olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazıb.
Mənbə bildirib ki, Ermənistan rəsmiləri "dəhliz" terminologiyasını kəskin şəkildə inkar edir, heç bir ekstraterritorial rejimin nəzərdə tutulmadığını iddia edirlər.
Məqalədə diqqətçəkən məqamlar bunlardır:
ABŞ ilə Ermənistan arasında əldə edilmiş ikitərəfli memorandumların mətnlərində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) funksional xüsusiyyətləri birbaşa göstərilmir.
Türkiyə və Azərbaycanın tələbləri budur: sərnişinlər və yüklər Ermənistanın yoxlamasına məruz qalmamalıdır. Ermənistan isə cavabında yalnız ABŞ-də imzalanmış memorandumun bütün bəndlərinin Ermənistan qanunvericiliyinə ciddi şəkildə uyğun olduğunu bildirir, amma əsas suala cavab verməkdən tamamilə imtina edir: Azərbaycan vətəndaşlarını kim yoxlayacaq? Erməni sərhədçiləri və gömrükçüləri, yoxsa?
Burada ən maraqlı hissə başlayır. Hakimiyyət bu əsas suala birbaşa və aydın cavab vermir. Əgər yoxlama və sərhəd nəzarəti Ermənistan xidmətləri tərəfindən həyata keçirilirsə, deməli, bu, adi yoldur. Əgər rejim Ermənistan xidmətlərinin iştirakı olmadan tətbiq edilirsə, bu, ekstraterritorial dəhlizdir.
Ankara və Bakının tələbləri qarşısında İrəvanın susqunluğunu nəzərə alsaq, demək, Azərbaycan və Türkiyə ekstraterritorial dəhlizlə təmin olunub.
"Sputnik Ermənistan"ın fikrincə, ABŞ-nin Zəngəzur dəhlizi üzərində nəzarəti formal xarakter daşıyacaq: "Amerikalıların hesablamalarına TRIPP-in Avrasiya kommunikasiya xəritəsini yenidən formalaşdırmaq istəyi də daxildir. Bu logistika sistemi İran və Rusiyadan yan keçməklə onların Orta dəhliz konsepsiyasına uyğunlaşmalı olacaq". Məqalədə sonda qeyd edilib ki, TRIPP "Ermənistanın suverenliyi altında yol" kimi rəsmiləşsə də, faktiki dəhlizdir, yüklər və sərnişinlər Ermənistan sərhədini keçərkən pasportlara möhürü İrəvan vurmayacaq.
Ətraflı Baku TV-nin videomaterialında:
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO











